Seymur Baycanın it ilindən qalma yazısı. Buradakı fikirlərlə razı olsa idim, bu yazını namus-qeyrət bloqunda paylaşdığım bir neçə şah əsərindən biri hesab edərdim.
Yazının 90%-ini nağıl kimi oxuyuram, uydurulmuş bədii hekayələri oxuduğum kimi. Amma Volterin yeri məlum, Baycanın da fikrini bildirməyə haqqı var, illah kı, mövzuya aiddir.
--------------------------------------
“Sonyalar varkən, tükəzbanları neylərdin ilahi”

S.B
Bu misranı iki mənada anlamaq olar:
1. Ötən əsrin əvvəlində pullu və ağıllı kişilər tükəzbanlardan heç bir həzz almağın mümkünsüzlüyünü başa düşərək pulu sonyalara xərcləyirdilər.
2. Birbaşa məna… Yəni, sonyalar varkən tükəzbanlara həyatın heç bir sahəsində ehtiyac yoxdur.
Sonya həm rahatlıq yaratmağa, həm yemək bişirməyə, həm də uşaq tərbiyə etməyə qadir qadın tipidir. Sonya teatra can atır, davamlı mütailə edir, az pulla sadə və zövqlə geyinməyi bacarır. Sonya tükəzbanın əbədi və ədəbi düşmənidir. Tükəzbanı özündən çıxardıb, əsəbləşdirmək üçün sonyaları azacıq tərifləmək kifayətdir. Ona görə də tükəzbanlar hər fürsətdə sonyaları pisləməyi, onlara şər atmağı peşə borcu sayırlar. Halbuki, bədbəxtlərin dekabristlərin üsyanlarından xəbərləri yoxdur. Olsaydı bilərdilər ki, dekabristlərin arvadları nə qədər dözüm, mətanət, sədaqət nümayiş etdiriblər. Əgər tükəzbanlar Ostrovskinin həyatını oxumuş olsaydılar, bilərdilər ki, dünyada sonyalardan sədaqətli, əzmkar qadın tipi yoxdur. Bəziləri bilir. Və bildikləri üçün də sonyalara qarşı nifrət püskürürlər. Onlar bilirlər ki, sonyaların əllərinə su tökməyə belə layiq deyillər.
Savadlı tükəzbanlar
Sadəlöhv olduğum dövrlərdə tükəzbanların savadlanması, mariflənməsinin vacibliyi haqda düşünürdüm. Tükəzbanların haqları-filan haqda məqalələr yazırdım. Bəzi şeylər var ki, nə kinodan, nə də ədəbiyyatdan öyrənmək mümkün deyil. Gərək yaş üstünə yaş gələ. Həyat elə buna görə çox amansızdır.
Zaman keçdi və anladım ki, ən qorxulu, ən iyrənc, ən murdar tükəzbanlar ali təhsilli, xarici dil bilən, Avropa gəzmiş tükəzbanlardır. Onlar daha təhlükəlidirlər. N rayonunun N kəndində inək sağan, pomidor əkən tükəzbanla mənim heç bir işim yoxdur. Onlar onsuz da bədbəxtdirlər. Bədbəxtlik doğulanda alınlarına yazılıb. Onların heç bir iddiası yoxdur. Mənim işim müxtəlif idealara sarılaraq, gündəmdən yapışan, sağçı, solçu, qolçu bakirə tükəzbanlarladır. 40 yaşlı bakirə aktrisalarladır.
Evin yıxılsın Molyer. Səni daha başqa cür təhqir etmək mümkün olmazdı. Molyeri adi ölülərdən altı metr dərinlikdə basdırmışdılar. Üstünə də kimyəvi məhlul tökmüşdülər ki, birdən ruhu qalxıb adamları zəhərləyər. Amma yenə də Molyer belə təhqir olunmamışdı. Təsəvvür edin: teatr, səhnə və 40 yaşında bakirə aktrisa. Moyem isə ona görə deyirdi: «Səhnənin ətrafında baş verənlər, səhnədə baş verənlərdən daha maraqlıdır».
ZAQS
Tükəzban öz üzərində böyük bir qıfıl gəzdirir. Bu qıfılı kəsmək, sındırmaq mümkün deyil. Qıfılın açarı yoxdur. Əvvəldən olmayıb. Qıfılın üzərində hərflər var. Qıfılı açmaq üçün dörd hərfi ardıcıl yazmaq lazımdır: "ZAQS". Bu dörd hərfi yığan kimi qıfıl «şaqq» eləyib, açılaraq yerə düşür.
Uzunburun ayaqqabı geyinən, qızıldişli aftoş oğlanlar tükəzbanların dilini yaxşı tapıblar. Ən dikbaş, üç xarici dil bilən, qadın azadlığından danışan tükəzbana ağ gəlinlik paltarı geyindir, toy təşkil et, toya gələnlər gic-gic danışsın və bu ayinlərdən sonra tükəzbanı hansı formada istəyirsən, təhqir et. Söy, döy. Ən dikbaş tükəzban belə, səsini çıxarmayacaq. Çünki tükəzban gəlin paltarı geyməklə tilsimə düşür. Ağıllı adamlar nə etdiklərini bilirlər. Uzunburun ayaqqabı geyənlər və tükəzbanlar bir-birlərinin dillərini yaxşı başa düşürlər, vay bu dili başa düşməyənlərin halına.
ZAQS sözü tükəzban üçün sehirli bir gücə malikdir. Necə ki, nağıllarda xüsusi bir sözü dedikdə divin, cinin ürəyi gedir. Ən dikbaş, özündənrazı tükəzban belə ZAQS sözünün qarşısında əriyir.
Onlarla tükəzban tanıyıram, dünyanın yarısını gəziblər, hələ də bakirədirlər. Onlar bakirə olduqları halda, həm də gecə həyatı keçirməyi, barlarda nazlı-nazlı, qazlı-qazlı pivə içməyi çox ustalıqla bacarırlar. Təsəvvür edin, bir Avropa görünüşlü bakirə tükəzbana tutaq ki, Londonda bir barda ingilis qaqaş yaxınlaşır. Danışırlar, söhbət edirlər, mazaqlaşırlar. Ən son mərhələdə tükəzban «yox» deyir. İngilis qaqaş min variant düşünə bilər, amma bakirəlik əsla ağlına gəlməz. Lap ağlına gəlsə belə, düşünər ki, qız hansısa ciddi təriqətin üzvüdür. Üzr istəyər. Prinsiplərə öz hörmətini bildirər. Bizim üçün bakirə inqilabçılar, bakirə bar sakinləri, bakirə aktrisaların mövcudluğu adiləşib. Bir az dərindən fikirləşənlər üçün bu anlaşılmaz bir şeydir.
Amalım
İndi mən gənc dostlarıma, xüsusən sənətlə məşğul olan gənclərə tükəzbanın nə qədər qorxunc varlıq olduğu haqda məruzələr, monoloqlar söyləyirəm. Tükəzban yaradıcılığın düşmədir. Təbiət tükəzbanı qıcıqlandırmır. Təbiət tükəzbanın qarşısında acizdir. Tükəzban müdrükdür. Tükəzbanı aldatmaq, yoldan çıxarmaq mümkünsüzdür. Tükəzban şeiriyyatın üzünə yüz il bundan əvvəl tüpürüb. Tükəzbanın ən böyük arzusu prokuror arvadı olmaqdır. Tükəzban etnik və mədəni mənsubiyyətə həddən ziyadə sadiqdir.
Dovlatov yazır: «Yazıçının arvadında üç şey olmalıdır.
1. Qadın yazıçının qayğısına qalmalıdır;
2. Qadın ərinin istedadına inanmalı və hörmət etməlidir;
3. Qadın yazıçını rahat buraxmalıdır;
Bu üç şeydən heç biri tükəzbanda yoxdur. Tükəzban ən istedadlı, iradəli yaradıcı adamı öz məişət söhbətlərinin bataqlığında asanlıqla boğmağa qadir bir qadın tipidir. Ostrovskinin arvadı iflic, kor bir yazarın qayğısını çəkməklə bərabər, həm də Ostrovskinin ağızdan söylədiklərini yorulmadan vərəqə köçürürdü.
Sonya qayğısını çəkdiyi yaradıcı adamın yaradıcılığında öz payını, öz fədakarlığını görməyi bacaran qadın tipidir. Bu hiss tükəzbana tamam yaddır. Ona görə də tükəzbanla ailə qurmuş yazar dostlarıma bədbəxt kimi baxıram. Tükəzban çox istedadların başını yeyib. Ümumiyyətlə, qələminə, fırçasına, sənətinə, istedadına hörmət edən adam tükəzbana ciddi baş qoşmamalıdır. Mən bu fikirləri hər imkan düşdükcə, gənc dostlarıma deyirəm. Qəzet səhifəsinə çıxarılması mümkün olmayan fikirləri həmçinin… Əməl edib, etməyəcəkləri öz işləridir.
Tükəzbandan qorunmağın yolları
Ola bilsin ki, bir tükəzban sizin gözünüzə mərhəmətli, məlahətli, bəlağətli, fərasətli, kəramətli görünsün. Aldanmayın. Tükəzban ağzını büzə-büzə danışmağı, yeməyi çəngəlin ucuyla götürüb, ağzına atmağı bacaran, müxtəlif cəlbedici üsullarla özünü mataha mindirə bilən bir məxluqdur.
Yenə də təkrar edirəm, ən iyrənc, ən qorxulu tükəzban ali təhsilli, xarici dilin arxasında gizlənən, Avropa gəzən tükəzbandır. Və elə bir an var ki, dil arxasında gizlənən, yeməyi çəngəlin ucuyla yeyən, ağzını büzə-büzə danışan tükəzbanın əsl sifəti ortaya çıxır. Həmin an xarici dilin arxasında gizlənən, dodağını büzə-büzə danışan, Avropa gəzmiş tükəzbanın dayandığı nöqtə ilə Cəfər Cabbarlının heykəli arasındakı məsafə asanlıqla yox olur. O zaman, yəni Avropa gəzmiş, dodağını büzə-büzə danışan tükəzbanın əsl sifəti ortaya çıxanda siz Cəfər Cabbarlının heykəlinin ətrafında gəzişənlərə daha çox hörmət etməyə məcbur olacaqsınız.
Nədən ki, Cəfər Cabbarlının heykəli ətrafında gəzişənlər müxtəlif ideyaları alver predmeti kimi istifadə edərək ortaya heç bir iddia qoymurlar. Cəfər Cabbarlının heykəli ətrafında gəzişənlər dodaqlarını büzə-büzə danışmırlar, xarici dilin arxasında gizlənmirlər.
Məsələn, bir tükəzban var. Azərbaycanda liberal, Türkiyədə solçu olmağa qadir bir məxluqatdır. Bir ara qadın hüquqlarından-zadan danışırdı. Cırıq şalvar geyir, məqalələr yazır. Həmin tükəzbana bir-iki cümlə ilə ilişmişdim. Tükəzbanın əsl sifəti açıldı. Ondan belə bir mesaj aldım: «S…r başımdan». Lütfən nöktələrin yerini özünüz doldurun. Xarici dillə, müxtəlif maneralarla maskalanmış tükəzbanın əsl sifətini açmaq böyük həzzdir. Maneralı tükəzbanın sifəti istənilən məkanda açıla bilər. Bu məkan filarmoniya, konservatoriya, hansısa konfrans zalı, lap elə redaksiya ola bilər.

Nəticə
Novruzəli haqqında yazılmış, deyilmiş sözlər məni bir qram da tərpətmir. Çünki mən özümü o obrazda görmürəm. Amma tükəzbanlar haqqında yazılmış cümlələr iddialı tükəzbanları zəhərləyir. Səbəbi çox sadədir. Çünki hansı ideayaya bürünməsindən, hansı dilin arxasında gizlənməsindən, görünüşündən aslı olmayaraq, hər bir maskalanmış tükəzban özlüyündə tükəzban olduğunu çox gözəl anlayır...
İyul, 2009.
Seymur Baycan.
İyul, 2009.
Seymur Baycan.
No comments:
Post a Comment