Azərbaycanda gədəlik baş alıb gedir. Kreditə maşın alıb, adam olan qıjılar şəhəri basıb. Hara tüpürürsən onlara dəyir. QIJI Araşdırmalar İnsitutu (QAİ) da Azərbaycandakı qıjıların sayını dəqiq bilmir.
Araşdırmalar da öz nəticəsini vermir. Əgər İphone olmasaydı bu qıjılar oyuncaqsız qalardılar. Əgər nolyeddi olmasaydı bu qıjılar yetim qalardılar. Nolyeddi hər zaman qıjıların qız tutması üçün əla qəfəs olub.
Qıjılar üçün Akşin Fatehin dini meyxanalarıyla qız tutmağın ayrı ləzzəti var!
Bu qıjıların həm də öz modaları var. Bu moda ancaq və ancaq onlara məxsusdur.
Gəzən qıjılar tanımadıqları qadınlara sataşa, söz ata bilərlər. Onlara icazə var. Amma onların anasına- bacısına söz demək olmaz. Heç tərs də baxmaq olmaz. Baxanda da tez yadlarına ana- bacı düşür. Adamı öldürmək, asmaq istəyirlər!
Qıjıların modası nədən ibarətdir:
Bir kaşelok. Kaşelokun üstündən bir siqaret: (KENT 8 olarsa əla olar. Olmasa da Allah verən bir siqaret də kifayətdir) Siqaret qutusunun üstündən də bir telefon. Bir telefonun da üstündən başqa bir telefon (Mütləq bir telefon 800 dollara olmalıdır. İkinci telefon da 15 şirvana). Telefonun üstündən də Bentley, BMW firmasının breloku olan Juquli maşının açarları. Di fso… Gəl yarim, gəl yarına… Çıxmışam yollarına… Və mütləq bütün aksesuarlar hamısı bir əldə tutulmalıdır. Fotoda olduğu kimi:
Qırmızı ayaqqabı, qırmızı kəmər.
İndi də küçələrdə qırmızı ayaqqabılılar, qırmızı kəmərlilər çoxalıb! Qırmızı ayaqqabı da, kəmər də normaldı. Amma bu kütləvi hal alanda adam iyrənir… Kütlə üçün bu dəb çox normaldı. Bildiyim qədəriylə Space TV-də gedən hansısa Hindistan serialı gənc oğlanları “qırmızı”laşdırıb… Gör indi gənclər nə gündədirlər ki, Hind serialları onlara təsir edə bilib. Bu biabırçılıqdır.
Xırda Bəkraund
60-cı illərdə insanlar öz övladlarının adını Mehman qoyurdular. O zaman Mehman adı “Qanun Naminə” filminin qəhrəmanının adı idi. 90-cı illərdə Qərb filmlərindən sonra Azərbaycanda (Ermənistanda da) Rembo, Arnold adları məşhurlaşmağa başladı. Azərbaycanda itlərin adını da hansısa məşhur serialdakı Komisar Reks qoymağa başladılar.
TV seriallardan təsirlənən əksər qadınlar 2000-ci illərdə hicab, çadra bağlamağa başladılar. Özlərini Hadi serialının qəhrəmanı – Hadiyə bənzədirdilər. TV-lərin insanlara təsirini son zamanlar da gördük. Polad Alemdarlar, Mematilər və s. və i.
Qırmızı yaxşıdır! Amma bir şərtlə: Üstündə oraq, çəkic ola!
Turxan Qarışqa
No comments:
Post a Comment