Bulvarda öpüşmə icazəsinə necə baxırsız? - tvkanal13-ün sorğusu
Bulvarda öpüşməyə "rəsmən" icazə verildiyi vaxt yadınızdadır? Yanılmıramsa 2012-nin yazında idi, "avroviziyaya hazırlığın" növbəti qanun butaforiyası kimi. O zaman tvkanal13 bulvarın canına düşərək camaatın buna dair münasibətini öyrənmişdi. Artıq köhnəlmiş olsa da, paylaşıram. Baxılmalı hissə 1:22-ci dəqiqəsindən başlayır. Videonun ulduzu "təbrik edirəm" deyən kayfulladır. Amma həmin vaxta qədər bulvarda (şəhərin qalan hissəsində isə elə indiyə qədər) öpüşməyi qadağan edən qanun tanıyan varsa mənə də desin, işimi bilim.
No comments:
Post a Comment