Lirika gecələri))) Yo' amma zarafatsız, El Fatinin bu yazısı da pis deyil.
------------------------
1 il 2 ay 5 gün. Mən hələ də fahişəyəm.
Və yenə başqa bir qucaqdan yazıram.
Bilirsən əslində mən bəlkədə normal insanlardan daha çox bilirəm yaşamağın qədrini. Çünki hər kəs hər gün səhər oyanır yaşamaq üçün. Mənsə hər səhər ölmək üçün oyanıram..
Yox,bilirəm.. Mən tək deyiləm, başqa çoxdu məni kimi fahişələr. Amma onlar mənim qədər ölmürlər. Onlar bir dəfə öldüklərini qəbul edib, yaşamağa davam edirlər. Mənimsə ölümüm işgəncə kimi hər gün davam edir.. Çünki hələ də sevirəm.
Mən bu qədər qucağın, ehtirasın, orqazmın arasında sevirəm hələ də.. Heç özüm də bilmirəm necə olur bu..
O, bəlkə də mənim ruhumdadı.Və nə qədər fahişə olsam da, ruhuma toxunmağa heç kimin gücü çatmayıb. Buna görə də mən hələdə onu qoruya bilmişəm.
Toxunduqları üzdə olanlardı. Elə sənin də məndə gördüyün ancaq üzdə olanlar deyilmi? Bəs içim? Ruhum? Hisslərim? Sən bu yazdıqlarımı oxumasan sadəcə ''fahişə'' deyib gülüb keçməyəcəkdinmi?
Bil bilsən nə mənzərələrə öldüyümü.. Yəqin əbədi olmaq istəyərsən.
Mən bilirsən kimlərə, nə yerlərdə, nə yataqlarda ölürəm.. Ən çox kişilərin həyasız gözlərində ölürəm. Hər şey ilk ordan doğur. Sonra yalanlarında ölürəm. Yalanlarını soyunub üstümə vəhşi kimi atılanda ölürəm.
Ağıllı bir kişi... İki dəqiqə əvvəl mədəniyyət, mentalitet dərsi keçən Professor.. Bir iki hərəkətimlə bütün diplomlarını soyunub üstümə hücum edir. Onda ölürəm bax.. Sonra orqazmda ağzınnan axan suyu görəndə ölürəm.. Sonra arvadına telefonla danışanda ''səni sevirəm''deyəndə ölürəm.. Ölürəmmm.. Və mən öldüyümdə onlar hələdə yaşayırlar. Bu yalanlarda, nifrətdə, oğraşlıqda, pullarda! Bax mən hər gün bu mənzərələrə ölürəm. Və bu qədər fahişəliyin içində nə etsəm də içimdəki saflığı qoruya bilirəm.
Bilirəm o da indi başqalarının əllərində ölür.. Bəlkə də bir gün mənim yatağıma səhvən düşər. Amma mən bilirəm, o mənim yatağıma düşsə, bütün sehrini itirəcək. Və mən də həmin günü öldüyümü qəbul edib, yaşamağa davam edəcəm. Hər kəs kimi.
Daha hər gün ölməyə də ehtiyac qalmayacaq.
..ruhunu hər kəsdən gizlət, bütün saflığın və hisslərin ordadır. İnsanlar onu görsələr, ilk fürsət də onu da kirlədəcəklər.
El Fati
------------------------
Yazının originalı bu keçiddə: http://el-fatiz.blogspot.com/2011/12/basqa-qucaqlardan-mn-fahisym-2.html
No comments:
Post a Comment